Sabah Bakının bu rayonlarında qaz olmayacaq - SİYAHI

Sabah Bakının bu rayonlarında qaz olmayacaq - SİYAHI
21:22 22 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Xətai və Sabunçu rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Milli.Az oxu.az-a istinadən bildirimr ki, "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, diametri 530 millimetrlik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yaşayış binasına yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə dekabrın 23-də saat 10-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Hadi və ətraf ərazilərində, həmçinin Sabunçu rayonunun Maştağa, Pirşağı, Kürdəxanı və Bilgəh qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR