Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeməkdən sonra yatmaq kökəldir

Yeməkdən sonra yatmaq kökəldir

Date: 22 December 2015 21:57

Sağlam qalmaq istəyirsinizsə, yemək yedikdən sonra dərhal yatağa girməyin.
 
Əsasən uzun qış gecələrində bol-bol yeyib içdikdən sonra yatmağın sağlamlığa zərərli olduğu deyilir. 
Milli.Az lent.az-a istinadən bildirir ki, yeni araşdırmanın nəticələri evdar xanımların və gündüz işləyənlərin daha çox qışda kökəldiyini ortaya çıxarıb.
 
Hərəkətsizlik və nizamsız qidalanmaq artıq çəkiyə səbəb olur
 
Günümüzün ən mühüm sağlamlıq problemlərindən biri də artıq çəkidir. İnsanlar qış aylarında daha çox kökəlir. Soyuq havaların qapıları döydüyü bu günlərdə qapalı yerlərdə çox qalmaq və hərəkətsizlik ciddi sıxıntı yarada bilər.
Gələcək yay mövsümünə kimi formada qalmaq və hər şeydən əsas, sağlam qalmaq istəyirsinizsə, indidən tədbir görün.
 
Qış ayılarında idman və gəzintini unutmayın
 
Qışda piyada gəzintini və idmanı hava şərtlərinə görə təxirə salmayın. Qış aylarında bədən özünü xəstəliklərdən qorumaq üçün maddələr mübadiləsi yavaşlayır. Belə soyuq günlərdə çəkiyə nəzarət etmək daha çətin olur. Qalın geyimlərlə çəkilərimizi gizlətdiyimizi düşünsək də, sağlam həyat üçün qışda idmana laqeyd yanaşmaq olmaz. 
Milli.Az


Tags:  Yeməkdən sonra yatmaq kökəldir

RƏYLƏR


Top news