ABŞ-dan Rusiyaya yeni sanksiyalar

ABŞ-dan Rusiyaya yeni sanksiyalar
21:57 22 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiyaların yeni paketini təsdiq edib.

Milli.Az anspress-ə istinadən bildirir ki, ümumi siyahıya 34 fiziki və hüquqi şəxs düşüb.

Bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib. Sanksiyalar altına VTB və "Sberbank" dövlət banklarının bir çox törəmə və xaricdə olan bölmələri düşüb. Xüsusilə Ukrayna, Qazaxıstan və Avropada olan bölmələr hədəfə götürülüb. Bundan başqa, yeni siyahıda VTB və "Sberbank" banklarının qeyri-dövlət təqaüd fondları var.

Sanksiyalar altında həmçinin "Qals-Development" developer firması, Novikombank, "Aviapriborostroenie" konserni, "Müasir texnologiyalar", "Obidinonnaya dviqatelestroitelnaya korporasiya", "Oboronoprom", "Aviasiya avadanlığı", "Elmi-istehsalat birləşməsi SPLAV", "Rosoboroneksport" və başqa şirkətlər düşüblər.

Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni iqtisadi sanksiyalarının yeni siyahısına Krım şirkətləri də düşüb. Bunlar arasında "Yalta kinostudiya", "Massandra" və "Yuniversalavia" şirkətləri var. Həmçinin "Yandeks.Denqi" ABŞ sanksiyaları ilə üzləşib.

ABŞ Rusiyanın Krımı ilhaq etməsinə görə bundan əvvəl də bir neçə dəfə bu ölkənin məmurlarına və bəzi iş adamlarına qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, məmur və ayrı-ayrı şəxslərin bank hesablarının dondurulması və viza qadağasında tətbiq olunub. Bu sanksiyalar Rusiyanın yüksək səlahiyyətli müşavirləri, deputatlar və Ukrayna separatçılarının rəhbərləri də daxil olmaqla 200-dən çox adama şamil edilir.

ABŞ-dan başqa digər ölkələr də Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişi gözləməyə məcbur etməkdir.
Aİ və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya hərbiyyəsi və enerji şirkətlərinə qarşı tətbiq edilir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR