İmişlidə iki maşın toqquşub, 3 yaralı

İmişlidə iki maşın toqquşub, 3 yaralı
22:02 22 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT. AZ / İmişli rayonunda üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında İmişli-Beyləqan avtomobil yolunda rayonun "Qarabağ" restoranı yaxınlığında qeydə alınıb.
Belə ki, İmişli rayon sakini, 66 yaşlı Ələmdar Məhəmməd oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Beyləqan sakini, 60 yaşlı Vaqif Çərkəz oğlu Rəsulovun idarə etdiyi "Opel" markalı maşını toqquşub.
Qəza nəticəsində hər iki sürücü və 59 yaşlı Beyləqan sakini Eldar Ərşad oğlu Şəmiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/i-mislide-iki-masin-toqqusub-3-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR