Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vəhhabi şeyxləri niyə bığlarını qırxıb saqqallarını uzadırlar?

Vəhhabi şeyxləri niyə bığlarını qırxıb saqqallarını uzadırlar?

Date: 22 December 2015 22:12

Milli.Az islam.az-a istinalən bildirir ki, İslam dinində bığ və saqqalı hər hansı uzunluqda saxlamaq vacib deyil. Əksər müctəhidərin fikrincə vacib həddində bəyənilən əməl (vacibi-ehtiyat) budur ki, insan saqqalını ülgüclə dibindən qırxmasın. Dibindən qırxmamaq şərti ilə istənilən uzunluqda saqqal saxlamaq və xalq içində "saqqalını ülgüclə qırxmayıb" deyilən vəziyyətə riayət etmək kifayətdir. İslamın yarandığı dövrdə başqa din və mədəniyyətlərin daşıyıcıları zahiri görünüş baxımından bəzi cəhətlərlə seçilirdilər. Məsələn, atəşpərəstlər saqqalı qırxıb, bığı uzadırdılar. Bəzi rəvayətlərdə yəhudilərin bu cür etdiyi bildirilir. İslam Peyğəmbəri müsəlmanlara tövsiyə edirdi ki, özlərini məcusilərə və yəhudilərə bənzətməsinlər, yəni əksinə, saqqallarını uzun saxlayıb, bığlarını qısaltsınlar. Hər bir halda, bığın saqqala nisbətən qısa olması lazımdır. Vəhhabilər dinin bir çox əsas əmrlərini kənara qoyub, zahiri görünüşə aid olan məsələlərə daha çox bağlanırlar (məsələn, şalvarın balağını qısaltmaq). Elə buna görə də guya sünnəyə daha dəqiq əməl edirmiş kimi görünmək üçün saqqallarını çox uzadır, bığlarını isə demək olar ki tam qırxırlar.

Milli.Az


Tags:  Vəhhabi şeyxləri niyə bığlarını qırxıb saqqallarını uzadırlar


RƏYLƏR


Top news