Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Kivi mürəbbəsi - qeyri-adi dad

Kivi mürəbbəsi - qeyri-adi dad

Bayram süfrəsində kivini bol edin (20 Mart 2017 11:38)

Tarix: 22 Dekabr 2015 22:42

Kivi qeyri-adi dada və xarici görünüşə malik olan meyvədir. Kividən çox dadlı mürəbbə hazırlamaq olar.
Milli.Az saglamolun.az- istinadən bildirir ki, qonaqlarınızı heyrətləndirmək istəyirsinizsə, çay süfrənizi bu mürəbbə ilə bəzəyin.
İnqrediyentlər:
- Kivi - 1,5 kq
- limon şirəsi - 1 xörək qaşığı
- şəkər tozu - 1 kq
Hazırlanması:
1. Meyvələri yaxşı yuyun və qabıqlarını soyun.
2. Kiçik dilimlərə doğrayın və divarları qalın olan qazana qoyub üzərinə limon şirəsini tökün.
3. Mürəbbəni vam odda vaxtaşırı olaraq qarışdıra-qarışdıra bişirin.
4. Meyvə tam yumşaldıqdan sonra, şəkər əlavə edin, yaxşı qarışdırın və orta odda 15-20 dəqiqə ərzində bişirin.
Nuş olsun!
Milli.Az


Teqlər:  Kivi mürəbbəsi qeyri-adi dad



RƏYLƏR


Top xəbərlər