Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təsviri və dekorativ-tətbiqi sənətin parlaq nümunələri böyük maraqla qarşılanıb

Təsviri və dekorativ-tətbiqi sənətin parlaq nümunələri böyük maraqla qarşılanıb

Date: 22 December 2015 23:03


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Muzey Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Xalq sənətkarlarının respublika interaktiv sərgisi” açılıb. Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən təşkil edilib.
Açılış mərasimində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Rafiq Quliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağali İbrahimov, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev çıxışlarında harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyatında əlamətdar tarix olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərginin əhəmiyyətini vurğulayıblar. Onlar müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini, bütün sahələrdə, o cümlədən mədəniyyət və incəsənət sahələrində sürətli inkişafı vurğulayıblar. Bildirilib ki, sərgi istedadlı xalq-tətbiqi sənəti ustalarını üzə çıxarmaq və onların yaradıcılığını təbliğ etmək məqsədi ilə keçirilir. Sərgidə Bakını, habelə respublikanın 40 rayon və şəhərini təmsil edən 150 müəllifin 700-dən çox əsəri nümayiş olunur. Burada rəngkarlıq, xalçaçılıq, heykəltəraşlıq, toxuculuq, misgərlik, dulusçuluq, batika, ağac üzərində oyma, təkəlduz, şəbəkə, vitraj və digər təsviri və dekorativ-tətbiqi sənət nümunələri təqdim olunur.
Sərginin iştirakçılarına Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin diplom və hədiyyələri təqdim olunub.
Sərgi dekabrın 24-dək davam edəcək.

















Tags:  Təsviri dekorativ-tətbiqi sənətin parlaq nümunələri böyük maraqla qarşılanıb


RƏYLƏR


Top news