Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aktrisanın adından küçələrə səslədilər

Azərbaycanlı aktrisanın adından küçələrə səslədilər

Date: 22 December 2015 23:05

Aktrisa Fidan Axundovanın feysbuk səhifəsindən insanları etiraz etməyə səsləyiblər.  Müraciətdə insanlar küçələrə çıxaraq narazılıqlarını etiraf etməyə çağırılır: "Niyə yatmısınız? Niyə səsinizi ancaq Facebook-da çıxarırsınız? Niyə şəhərlərə, küçələrə axışıb etirazınızı bildirmirsiniz? Bunun bir yolu var: Ağsaqqalları, ağbirçəkləri qabağa verib, gəncləri də ayağa qaldırmaq. Yoxsa daha da pis vəziyyətə düşəcəyik. Ya ölüm, ya qalım, başqa yol yoxdur artıq".

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktirisanın dediyinə görə, onun adından istifadə edib, saxta profil açan bir şəxsin yazdığı status müzakirələrə səbəb olub: "O mən deyiləm, mənim adımdan yazıblar. Dəfələrlə canlı efirdə demişəm, müsahibələrimdə də qeyd etmişəm ki, mən heç bir sosial şəbəkədə yoxam. 20 avqusta yerləşdiriblər ki, guya mənim yeganə Facebook səhifəm budur. Mənim heç bir Facebook səhifəm yoxdur. Hamı mənə zəng edir ki, "Bu nədir, sən belə insan deyilsən axı". Buna görə də mənim işimdə də narazıçılıq yaranıb. İndi hal-hazırda polisdəyəm, şikayət ərizəsi yazıram".
Milli.Az


Tags:  Azərbaycanlı aktrisanın adından küçələrə səslədilər


RƏYLƏR


Top news