Bakı Beynəlxalq Avtovağzalı bilet satışını dayandırdı

Bakı Beynəlxalq Avtovağzalı bilet satışını dayandırdı
23:05 22 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet satışında problem yaranıb. Bu gün səhər saat 11:00-dan vətəndaşlara bilet satılmır.
Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə bilet almaq istəyən vətəndaşlar məlumat veriblər.

Dekabr ayının 30-da Şəkiyə getmək üçün bilet almaq istəyən İslam Salmanov deyir ki, kassalar bilet satmaqdan imtina edir: "Şəkiyə getmək üçün əvvəlcədən bilet almaq istəyirəm. Ancaq kassalarda əyləşən işçilər bilet satılmadığını, bunan səbəb kimi isə kompüterin sistem proqramlarında problem olduğunu bildirirlər. Hazırda bütün rayonlara bilet satışı dayandırılıb. Onlarla insan isə bilet almaq üçün növbə gözləyir. Ancaq avtovağzal əməkdaşları bilet olmayacağını və buna görə də ərazini tərk etməyimizi istəyirlər".

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən bu fakt təsdiqlənib.

Qurumun mətbuat əlaqələndiricisi Məhəmməd Abdullayevin sözlərinə görə, buna səbəb sistemdə yaranan nasazlıqdır: "Qabaqcadan bilet satışı biraz çətin prosesdir. Ona görə çalışmaq lazımdır ki, satılan biletlər üst-üstə düşməsin və əlavə problemlər yaranmasın. Bunun üçün sistemdə yeniləmə işləri aparılır. Bu səbəbdən də bilet satışı dayanıb. Bu gün bilet satışı olmayacaq. Ona görə də vətəndaşlara evə getmələrini elan etdik. Problem aradan qalxan kimi satış yenidən bərpə ediləcək".

Qeyd edək ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin saytı işləmir və vətəndaşlar onlayn yolla da bilet ala bilmirlər.

Xatıladaq ki, Yeni il və Həmrəylik günü münasibəti ilə 5 gün qeyri-iş günü olacaq. Bayram günləri ilə bağlı olaraq avtovağzalda xəttə çıxarılan avtobusların sayı artırılacaq.

M.Abdullayev bildirib ki, nəqliyyat vasitələri yetərli olacaq və heç bir problem yaşanmayacaq.  
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR