"Opel" və "Mercedes" toqquşdu: 3 yaralı

"Opel" və "Mercedes" toqquşdu: 3 yaralı
23:19 22 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

 İmişlidə avtomobillərin toqquşması 3 nəfərin xəsarət almasına səbəb olub. 

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Hacıqabul-Horadiz avtomobil ylunun 109-cu klometrliyində İmişli rayonu ərazisində  qeydə alınıb. Qəza zamanı İmişli sakini 66 yaşlı Hüseynov Ələmdar Məhəmməd oğlunun  idarə etdiyi  "Mercedes" markalı  10 ZS  360 dövlət nömrə nişanlı avtomobillə Beyləqan sakini Rəsulov Vaqif  Çərkəz oğlunun  idarə etdiyi "Opel" markalı 1 BF 753 dövlət nömrə nişanlı avtomobil toqquşub. Hər iki avtomobil  yoldan çıxaraq aşıb. Nəticədə  avtomobillərin sürücüləri və 59 yaşlı Beyləqan sakini Eldar Ərşad oğlu Şəmiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar  İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR