Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maştağada qəssab qonşusunu iyə görə öldürdü - FOTO

Maştağada qəssab qonşusunu iyə görə öldürdü - FOTO

Date: 22 December 2015 23:22

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon sakini Müseyib Həsənovun (1972-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu il iyul ayının 10-da Maştağa qəsəbəsi, M.Hüseyn küçəsi, dalan 7, ev 26-da Müseyib Həsənov şəxsi münasibətlərin aydınlaşdırılması zəminində həmkəndlisi Şamil Kərimovu (1949-cu il təv.) bıçaqlayaraq, qətlə yetirib.

Daxil olan məlumat əsasında şübhəli şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanıb.

İş üzrə dindirilən M.Həsənov hadisənin səbəbini açıqlayaraq bildirib ki, mərhum hər gün onu mütəmadi olaraq söyüb və təhqir edib. Qəssab işləyən Müseyib ayın 20-da özünə məxsus maşından düşüb, evinə daxil olmaq istəyərkən Şamil onu görüb, yenə də söyməyə başlayıb.

Sonuncunun təhqirlərindən hiddətlənən Həsənov evə girərək, ət kəsimində istifadə etdiyi bıçağı götürüb və küçəyə çıxıb. O, Kərimova yaxınlaşıb döş qəfəsi nahiyəsindən iki, kürəyindən isə bir zərbə vuraraq, onu öldürüb.

İstintaqla müəyyən edilib ki, Həsənovla Kərimov arasında ədavət olub. Sonuncu peyin iyi gəldiyindən, Müseyibə həyətdə olan tövləni sökməyi deyib. Həsənov tövləni söksə də, aralarındakı ədavət davam edib. Hadisə baş verən gün Müseyib həyətində ət doğramaqla məşğul olub, Şamil isə həmin ətdən kəskin iy gəldiyini bildirərək, qonşusuna əti başqa yerdə doğramasını bildirib. Kərimovun bu sözünü özünə qarşı təhqir kimi qəbul edən Müseyib əlini bıçağa atıb və Kərimovu qəsdən öldürüb.

Hər iki şəxsin əvvəllər narkotik maddələrin qəbuluna görə məhkum olunması müəyyən edilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin tərkibi elan edilib.

Məhkəmənin baxış iclası ayın 29-a təyin edilib.
Milli.Az







Tags:  Maştağada qəssab qonşusunu iyə öldürdü FOTO


RƏYLƏR


Top news