Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uzun arzular həyatı cəhənnəmə çevirər

Uzun arzular həyatı cəhənnəmə çevirər

Date: 22 December 2015 23:47

"Nəhcül-bəlağə"nin tədqiq etdiyi mövzulardan biri - uzun arzulardır. İmam (ə) buyurur ki, uzun arzular insanın rəftarına təsir göstərər və insan bəyənilməz rəftarlar nümayiş etdirər.

Həzrət (ə) buyurur: "O kəsin ki, arzuları uzundur, rəftarı da bəyənilməzdir".
Uzun arzulara çatmaq bəzən mümkünsüz olur və bəzən də insan ona görə hər bir pis işə əl atmağa hazır olur. O rəftarlar ki, insanın ruhu ilə uyğun deyldir, bəyənilməyən hesab olunur. Nəticədə insan az bir sərmayəyə görə axirətini əldən vermiş olur. Dünya həyatında da müşküllər onu əhatə edir. 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan bir şeyi arzu edən zaman gərək unutmasın ki, dünyanın və həyatın həqiqəti nədir və bu dünyaya nə üçün gəlmişdir. İmam Əli (ə) buyurur: "Agah olun! Hal-hazırda arzular ruzigarındasınız ki, ardınca ölüm gələr. Ona görə də hər kim arzular əyyamında ölümü gəlib çatmamışdan əvvəl yaxşı işlər görər, ondan bəhrələnəcəkdir. Ölüm ona ziyan vurmayacaqdır. O kəs ki, arzular günündə ölümü gəlib çatmazdan əvvəl səhlənkarlıq edərsə, ziyankardır və ölümü ziyan gətirəndir. Necə ki, qorxu və narahatlıq zamanı Allah üçün əməl edirsiniz, xoş günlərdə də əməl edin".
O kəs ki, bütün ömrünü arzularına çatmaq üçün sərf edər, ömrü tədricən keçər və ölümü yaddan çıxardar. Onun nəzərində ölüm çox uzaqdır və fürsətləri çoxdur. Ancaq anidən hər şeyi əldən vermiş görər. Məqsədinə çatmazdan əvvəl yükünü yığıb, köçməyə məcbur olar.
İmam Əli (ə) buyurur: "O kəs ki, arzularının arxasınca çapar, ölüm onu əldən salar".
Uzun arzular insanın gözünü həqiqətlərə bağlayar və bəsirət ondan uzaqlaşar. Bu cür insan bəsirəti əldən verər və həyatı düzgün dərk edə bilməz. Çünki o arzulardan başqasını düşünməz və ancaq onun üçün səy göstərər. O, bu həqiqəti bilməz ki, Allah bütün məxluqların ruzi verənidir və Onun iradəsi olmadan heç bir şey yerindən tərpənə bilməz.
İmam (ə) buyurur: "Arzular bəsirət gözünü kor edər və o şey ki, hər kəsin ruzisidir - axtarmadan ona çatar".
Nəticədə deyə bilərik ki, insanın arzu etməsi yaxşı bir işdir. Ona həyatda stimul verər və irəli getmək üçün hərəkətə gətirər. Bu cür insan tənbəl olmaz və səy göstərər. Ancaq arzunun növünə diqqət etmək lazımdır. Uzun arzulara malik olmaq həyatı insan üçün zəhərə çevirər və axirəti üçün də ziyanlıdır. Bu cür arzular İmam Əlinin (ə) nəzərinə görə qəbahətlidir. "Nəhcül-bəlağə"ni oxuyan zaman belə nəticəyə gəlmək olur ki, uzun arzlular insana pis rəftardan, ölüm barədə qəflətdən, qəlbinin kor olmasından başqa bir şey qazandırmaz.
Milli.Az


Tags:  Uzun arzular həyatı cəhənnəmə çevirər


RƏYLƏR


Top news