Mağazalardakı yeni qiymətlər

Mağazalardakı yeni qiymətlər
00:05 23 Dekabr 2015
449 Digər
Ölkə mətbuatı
A- A+

Artıq qiymət artımı rəsmən təsdiqlənməyə başlayıb. Marketlərin vitrinlərində mallar yeni qiymətlərlə öz yerini tutub.

Musavat.com-un əməkdaşının paytaxt Bakıda bir neçə marketdə apardığı müşahidə zamanı məlum olub ki, dünən qiymət artımı olmayan mağazalar da artıq qiymətləri yeniləyiblər. Buna səbəb olaraq isə bildirilir ki, dünən mağazalarda olan mallar devalvasiyadan əvvəl alındığından köhnə qiymətlərlə müştərilərə satılıb.

Artıq nəhəng holdinqlər belə, qiymət artımının olduğunu təsdiqləyib. Ərzaq mallarında isə qiymət artımı məhsula görə 30-40 faiz arasında dəyişir. Xaricdən idxal olunan mallar artıq 40-50 faiz bahalaşıb. Yerli məhsullarda isə artım nisbətən az - 20-30 faiz arasında dəyişir.

Müşahidə apardığımız marketlərdə vitrinlərdəki qiymətlərin yenisi ilə əvəz olunduğunu və bu prosesin sürətlə davam etdiyinin şahidi olduq. Çörək və un məmulatlarında hələlik artım müşahidə edilmir. Qənd, çay, yağ, süd məhsullarında isə ən azı 30 faizədək bahalaşma var.

Ölkə bazarının böyük hissəsini yerli məhsullarla təmin edən "Azərsun" Holdinqdə də qiymətlər 20-30 faiz bahalaşıb. Bu gün holdinqdə bu məsələ ilə bağlı toplantı keçirilib və yekun qərar qəbul edilib. Artıq bütün mallar yeni qiymətlərlə mağazalara paylanılır.

Azərbaycanda şirniyyat mallarının satışında böyük pay hissəsi olan "Veysəloğlu" şirkəti də qiymət artımını təsdiqləyən şirkətlərdəndir.

Devalvasiyanın yaşandığı ilk gündə - dekabrın 21-də mağazalarda köhnə qiymətlərlə satılan malları almaq istəyən müştərilərə limit qoyulmuşdu. Böyük market şəbəkələri bir maldan yalnız bir ədəd almağa icazə verirdi.

Dekabrın 21-də əksər mağazalarda insan axını müşahidə olunurdu. Vətəndaşlar sonuncu dəfə ucuz qiymətlərlə mal almaq imkanından yararlanmaq istəyirdilər. Buna görə də mağazaların əksəriyyətində ərzaq qıtlığı yaranmışdı. Bu gün isə mağazalarda böyük izdiham yaşanmır, ərzaq qıtlığı yoxdur. Çünki satılan bütün mallar yeni - bahalaşmış qiymətlərlə alıcılara təqdim olunur.

İri marketlər şəbəkəsində hələlik yalnız yumurta və siqaret qıtlığı var. Yumurta istehsalı ilə məşğul olan firmaların əksəriyyəti satışı müvəqqəti olaraq, dayandırıb.

Marektlərdə müşahidə apararkən əvvəlki qiyməti ilə müqayisədə bəzi malların qiymətində bu şəkildə artımının şahidi olduq:

36 ədəd "Pampers" - 16,86 manat (Köhnə qiymət 14,05 manat)
1 lt "Pepsi" - 70 qəpik (Köhnə qiymət 50 qəpik)
100 qramlıq "Berqa" çayı - 1,55 manat (Köhnə qiymət 1,20 manat)
1 lt "Nataktari" - 1,27 manat (Köhnə qiymət 1 manat)
1 lt "Pal süd" - 1,45 manat (Köhnə qiymət 1,20 manat)   
1 kq qənd - 1,35 manat (Köhnə qiymət 1,05 manat)
 
Xatırladaq ki, dekabrın 21-dəki devalvasiyadan sonra 1 dollar 1.55 manat, avro isə 1,6850 manat təşkil edir. Bu ilin fevralın 21-dən isə Mərkəzi Bankın yeni qərarı ilə dolların məzənnəsi 1,05 manat olub, avronun məzənnəsi isə 1,1950 manat təşkil edirdi.

Əlavə edək ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev də devalvasiyadan sonra qiymət artımının qaçınılmaz olacağını deyib. Nazir idxaldan asılı olan məhsulların qiymətində artımın müşahidə olunacağını, lakin süni şəkildə devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısının alınması üçün işlər görəcəklərini deyib.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Fəxriyyə Xələfova: Mən bu gözəlliyi dünya ilə paylaşmaq istəyirəm

22 Avqust 2017 01:28

Nəhəng asteroid Yer kürəsinin 7 milyon km yaxınından keçəcək

22 Avqust 2017 01:28

“Barselona”dan ayrıla biləcəyimi düşünürəm" -

22 Avqust 2017 01:10

İtaliyada zəlzələ olub, xəsarət alanlar var

22 Avqust 2017 00:47

Türkiyə və İran PKK-ya qarşı birləşir

22 Avqust 2017 00:44

Xəyanət edən ərindən belə qisas aldı - FOTO

22 Avqust 2017 00:28

Livan ordusu İŞİD rəhbərlərindən birini həbs edib

22 Avqust 2017 00:27

Türkiyədə dəhşətli terror aktının qarşısı alındı

22 Avqust 2017 00:19

Kapitan üçün əlamətdar tur -

22 Avqust 2017 00:18

Vasif Talıbov sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxsləri təltif edib

22 Avqust 2017 00:12

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08

Rusiyanın Krasnodar vilayətində vertolyot qəzaya uğrayıb

22 Avqust 2017 00:02

Ölənlərin sayı 500 nəfəri ötdü -

21 Avqust 2017 23:55

Valideynlərin nəzərinə: Uşaqlar arasında yoluxucu VİRUS YAYILIB

21 Avqust 2017 23:48

Rostovda yanğında 36 nəfər xəsarət alıb

21 Avqust 2017 23:35

Rostov vilayətində fövqəladə vəziyyət

21 Avqust 2017 23:34

Rostovda baş vermiş yanğında xəsarət alanların sayı 36 nəfərə çatıb

21 Avqust 2017 23:27

Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

21 Avqust 2017 23:24

“VAZ” 15 baş qoyunu vurdu - İsmayıllıda

21 Avqust 2017 23:19

Həm qanunsuzdur, həm də təhlükəli - elektriklə balıq ovlanılır - VİDEO

21 Avqust 2017 23:18

Gəncədə 27 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

21 Avqust 2017 23:17

Gürcüstanda meşə yanğınları tüğyan edir -

21 Avqust 2017 23:10

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub

21 Avqust 2017 23:07

Ukrayna üzrə ABŞ-Rusiya görüşü başa çatdı

21 Avqust 2017 23:03

Abşeronda qəza -

21 Avqust 2017 22:58

Müşviqabadda qəza - 2 yaralı

21 Avqust 2017 22:54

Barselona terrorunda şübhəli bilinən əsas şəxs saxlanılıb

21 Avqust 2017 22:48

İraqın Tall-Afar şəhərini 40 min dinc sakin tərk edib

21 Avqust 2017 22:47

Saakaşvili Avropanın bir neçə ölkəsinin ona vətəndaşlıq verməyə hazır olduğunu bildirib

21 Avqust 2017 22:42

Qırğızıstan hökuməti istefa verib

21 Avqust 2017 22:30

Şəbnəm bağ evini nümayiş etdirdi – FOTOLAR

21 Avqust 2017 22:28

FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci HELİKOPTER GÖNDƏRDİ

21 Avqust 2017 22:18

Filippində silahlı hücum -

21 Avqust 2017 22:12

Günelin nişanlısı ilə barışması təsdiqini tapdı - FOTOFAKT

21 Avqust 2017 22:03

Tam Günəş tutulması başladı - CANLI YAYIM

21 Avqust 2017 21:49

Moskva SSRİ-nin cinayətləri üçün cavab verəcək: trilyonluq TƏZMİNAT TƏLƏBİ

21 Avqust 2017 21:48

Rostovda güclü yanğın

21 Avqust 2017 21:45

Sankt-Peterburqda “Qazprom” şirkətinin rəhbəri ilə SOCAR prezidenti arasında görüş keçirilib

21 Avqust 2017 21:42

Macarıstan sərhədini qanunsuz keçmək istəyən 162 qaçqın saxlanılıb

21 Avqust 2017 21:32

Qoz piylənmənin qarşısını almağa kömək edir

21 Avqust 2017 21:28

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

21 Avqust 2017 21:19

Keçmiş prezident: “Bu, müharibənin əsas səbəbi oldu”

21 Avqust 2017 21:13

Məktəbli ləvazimatlarının yarmarkaları açıldı - mağazalar arasında qiymət fərqi - VİDEO

21 Avqust 2017 20:58

VİDEO:Qardaşını sevdiyi qızla bir yerdə tutdu -

21 Avqust 2017 20:55

Rusiya SSRİ-dən qalan son borcunu ödədi

21 Avqust 2017 20:53

Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

21 Avqust 2017 20:52

İmişli sakini özünü asdı

21 Avqust 2017 20:39

Avropadan Sakit okeana qədər dəmiryolu çəkilir

21 Avqust 2017 20:37

"İlk oyundan sonra “Qarabağ”ı favorit adlandırmaq olar" -

21 Avqust 2017 20:30

Trampın ailəsi müdafiəsiz qalacaq – Məxfi xidmətdən SOS

21 Avqust 2017 20:28