Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

AST Telmanın nə işi qalıb, nə gəliri

AST Telmanın nə işi qalıb, nə gəliri

Date: 23 December 2015 00:12

Çerkizov bazarının sabiq sahibi, müflis elan olunmuş azərbaycanlı biznesmen Telman İsmayılovun daimi iş və gəlir yeri yoxdur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Moskva Arbitraj Məhkəməsinin bu gün qəbul etdiyi qərarda bildirilir.

"Müflisləşmə haqda ərizənin baxılması anında borclunun aşağıda göstərilən əmlakı qeydə alınıb: 13,9 milyon rubl məbləğində kadastr dəyəri olan torpaq sahəsi (Moskva vilayəti, Odintsovo rayonu, Skolkovo kəndi); nağd pul vəsaitləri - 25 min rubl; kredit müəssələrində vəsaitlər - 88,79 rubl və 28,77 dollar", - məlumatda qeyd olunub.

Xatırladaq ki, məhkəmə dekabrın 21-də vətəndaş Boris Zubkovun İsmayılovun müflis olmasına dair bəyanatını əsaslandırılmış hesab edib. Buna müvafiq olaraq məhkəmə borclu olan şəxsə qarşı restrukturizasiya prosesini tətbiq edib.

Qeyd edilir ki, Zubkovun iddiası məhkəməyə noyabrda daxil olub, bu işin çərçivəsində İsmayılov özü müflis olma proseduruna başlamaq bəyanatı verib.

Vətəndaş Zubkova olan borcun məbləği dəqiqləşdirilmir. İsmayılovun Moskva bankına borcunun məbləği 213 milyon dollardan ibarətdir.

Daha öncə Çerkizov bazarının sabiq sahibi, Forbes-in versiyasına görə, milyarder Telman İsmayılov Moskva vilayətinin Arbitraj məhkəməsinə müflis olmasına dair müraciət edib.

Məhkəmə müraciətin baxılmasını dayandırıb, belə ki, İsmayılov müflis olması haqqında müraciəti qanunun tələblərini pozaraq edib.
Milli.Az


Tags:  AST Telmanın işi qalıb gəliri


RƏYLƏR


Top news