İraq ordusu Ramadidə İŞİD-ə qarşı əməliyyatlarda irəliləyişə nail olub

İraq ordusu Ramadidə İŞİD-ə qarşı əməliyyatlarda irəliləyişə nail olub
00:22 23 Dekabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ İraq hərbi qüvvələri Ramadi şəhərinin bir neçə rayonunu "İŞİD" terrorçularından azad ediblər.
"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, İraqın Anti-Terror Xidmətinin sözçüsü Sabah Əl-Nümani bildirib ki, döyüşlər hərbi hava qüvvələrinin köməyi ilə davam edir.
Gün ərzində Al-Bakr və Al-Dubat rayonlarında 35 İŞİD üzvünün öldürüldüyü, 14-ünün isə tutulduğu qeyd olunur.
Şəhərin şimal hissəsində isə daha 18 terrorçunun məhv edildiyi qeyd olunur.
Döyüşlərdə 5 iraqlı hərbçinin də öldüyü bildirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-raq-ordusu-ramadide-i-si-d-e-qarsi-emeliyyatlarda-irelileyise-nail-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR