Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BMT-nin baş katibi: Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü sülh prosesini yaxınlaşdıracaq

BMT-nin baş katibi: Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü sülh prosesini yaxınlaşdıracaq

Azerbaijani jazz pianist performs in Switzerland (01 December 2016 12:46)

Date: 23 December 2015 00:42

Bakı. 23 dekabr. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun hesab edir ki, dekabrın 19-da İsveçrənin Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tərəfləri sülh prosesinə yaxınlaşdıracaq.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Pan Gi Munun bəyanatında qeyd olunur ki, Bern görüşü tərəflərə atəşkəs rejiminin pozulması hallarının və dinc əhali arasında qurbanların sayının azaldılmasına dair əməli addımların müzakirə edilməsinə, sülh prosesinin yaxınlaşdırılması üçün yolların müəyyən edilməsinə imkan yaradıb.
BMT-nin baş katibi, həmçinin, İsveçrədə görüşü təşkil etmiş ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyd edib.
Pan Gi Mun, Bakı və İrəvanı gərginliyin daha da azaldılması məqsədi ilə Minsk Qrupu ilə sıx əməkdaşlığa və gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Tags:  BMT-nin baş katibi Azərbaycan Ermənistan prezidentlərinin Bern görüşü sülh prosesini yaxınlaşdıracaq


RƏYLƏR


Top news