BMT baş katibi prezidentlərin görüşünə dair açıqlama verdi

BMT baş katibi prezidentlərin görüşünə dair açıqlama verdi
00:44 23 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

BMT baş katibi Pan Qi Mun  Azərbaycan və Ermənistan prezidentlərinin  dekabrın 19-da Berndə keçirdiyi görüşünün tərəfləri sülh prosesinə yaxınlaşdıracağına ümid etdiyini bildirib. APA-nın məlumatına görə, bu barədə  baş katibin  BMT rəsmi saytında dərc edilmiş açıqlamasında qeyd olunur.

 

“Baş katib hesab edir ki, görüş tərəflərə atəşkəs rejiminin pozulması hallarının və dinc əhali  arasında qurbanların sayının azaldılmasına dair əməli addımların müzakirə edilməsinə, sülh prosesinin yaxınlaşdırılması üçün yolların müəyyən edilməsinə imkan yaradıb”, deyə BMT baş katibinin açıqlamasında qeyd olunur.  

 

Pan Qi Mun  həmçinin İsveçrədə görüşü təşkil etmiş ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyd edib. O Bakı və İrəvanı gərginliyin daha da azaldılmasına dair Minsk Qrupu ilə sıx əməkdaşlığa çağırıb və gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR