Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya XİN: "ABŞ-ın yeni sanksiyalarına cavab verəcək"

Rusiya XİN: "ABŞ-ın yeni sanksiyalarına cavab verəcək"

Date: 23 December 2015 01:24

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar cavabsız qalmayacaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib.

 

“Vaşinqtondakı həmkarlarımız sanksiyalar vasitəsilə bizə təsir etmək səylərinin boşa çıxacağını  qabaqcadan bilsələr də, yanlış addımlar atmaqda inadkarlıq edirlər. Lakin, bu ABŞ administrasiyası tərəfindən dalana salınan Rusiya-ABŞ münasibətlərinin vəziyyəti nöqteyi-nəzərdən ayağa güllə atmaqdır”, deyə Ryabkov qeyd edib.     

 

Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara müəyyən cavab veriləcək: “Bu dərhal və onların gözlədiyi şəkildə baş verməyə bilər, lakin cavab veriləcək”, deyə Ryabkov qeyd edib.

 

ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

 

Məlumata görə, siyahıya ümumilikdə 34 fiziki və hüquqi şəxs daxil edilib.   


Tags:  Rusiya XİN ABŞ-ın yeni sanksiyalarına cavab verəcək

RƏYLƏR


Top news