Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabunçuda bıçaqlanma

Sabunçuda bıçaqlanma

Date: 23 December 2015 01:49

Sabunçuda bıçaqlanma hadisəsi olub. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini 1983-cü il təvəllüdlü Murad Mehdiyev naməlum şəxs tərəfindən bıçaqlanıb. O dərhal təcili yardım maşını ilə 3 saylı şəhər kilinik xəstəxanasına çatdırılıb.

 

Xəstəxananın cərrahı Aydın Kazımovun verdiyi məlumata görə, xəstə qarın ön divarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub: "Xəstə ağır vəziyyətdə xəstəxanamıza gəlmişdi. Təcili əməliyyat olundu. Hal-hazırda xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin həyatı üçün heç bir təhlükə yoxdur".

 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinə araşdırma aparılır.






Tags:  Sabunçuda bıçaqlanma

RƏYLƏR


Top news