“Ananas şirəsi” qablarından bir tondan çox kokain çıxdı

“Ananas şirəsi” qablarından bir tondan çox kokain çıxdı
02:49 23 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Niderland polisi ölkənin cənubundakı anbarların birində axtarış zamanı ümumi dəyəri 30 mln dollardan çox olan böyük həcmdə  kokain aşkarlayıb.  APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları Raamsdonksveer şəhərinin mərkəzində yerləşən anbarda reyd keçiriblər.  

 

Məlumata görə, narkotik vasitələr “Ananas şirəsi” qablarından tapılıb. Polisin məlumatına görə, ümumilikdə 1,1 ton kokain aşkarlanıb.  

 

Narkotik vasitələrin  daşınmasında şübhəli bilinən 4 şəxs saxlanılıb.  Saxlanılan şəxslərin 22-28 yaşları var. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR