Amerikalı memar Bakının ona gözəl təsir bağışladığını deyir

Amerikalı memar Bakının ona gözəl təsir bağışladığını deyir
02:52 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyinin dəvəti ilə Bakıda səfərdə olan amerikalı memarlar Mark Xidekel və Regina Xidekelin dekabrın 22-də jurnalistlərlə görüşü təşkil olunub.
Səfirliyin “Spikerlər” proqramı çərçivəsində Bakı şəhərinə gələn tanınmış memarlar təcrübələrini bölüşüblər.
Bakıda artıq ikinci dəfə olduğunu deyən Mark Xidekel şəhərin bənzərsiz memarlığından söz açıb. Memar Bakı şəhərinin ona xoş təsir bağışladığını söyləyib. O, son illər şəhərdə müasir binaların tikildiyini, nəhəng infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.
M.Xidekel bildirib ki, Bakıda dəniz sahilində üfüqi göydələn inşa etmək arzusundadır. Bu, müasir memarlıqda yeni istiqamətlərdən biridir. Lakin bunun üçün ABŞ-ın bu sahədəki qabaqcıl texnologiyasından və təcrübəsindən yararlanmaq zəruridir.
Görüşdə şəhərsalma ilə bağlı problemlər, paytaxtın nəqliyyat sıxlığının aradan qaldırılması yolları, müasir memarlığın inkişafı və digər aktual məsələlər ətrafında mütəxəssis rəyi dinlənilib.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/amerikali-memar-bakinin-ona-gozel-tesir-bagisladigini-deyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR