Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kanadada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Kanadada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Date: 23 December 2015 03:07

Bakı. 23 dekabr. REPORT.AZ/ Kanadanın Kalqari şəhərində Azərbaycanın Kanadadakı səfirliyi və Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti (Alberta Azerbaijani Cultural Society) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il və adıçəkilən Cəmiyyətin 10 illiyi münasibətilə ziyafət təşkil edilib.
Səfirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən Kanada Parlamentinin üzvü, Azərbaycan-Kanada Parlamentlərarası Dostluq Qrupunun üzvü Dipak Obray (Deepak Obhrai), Yaponiyanın Vankuverdəki konsulu Yukimi Kurata və Kalqari Türkiyə-Kanada Mədəniyyət Assosiasiyasının (Turkish Canadian Cultural Association of Calgary) prezidenti Erencan Sarsu iştirak ediblər.
İlk öncə Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin yeni seçilmiş prezidenti Famil Qarayev çıxış edərək, Cəmiyyətin milli maraqlarımız naminə gördüyü işlər, həyata keçirdiyi tədbirlər və nailiyyətləri barədə məlumat vermiş və bu işdə onlara daim köməklik göstərən Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinə dərin minnətdarlığını bildirmişdir.
Daha sonra Azərbaycan Respublikasının Kanadadakı Səfirliyin konsulu Faiq Babayevə tədbir iştirakçılarını salamlayıb, Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbərlərinə bu görüşü təşkil etdiklərinə görə təşəkkürünü bildirib və Cəmiyyətin təsisçisi Səbinə İsgəndərovaya Səfirlik tərəfindən hazırlanan Təşəkkür Sertifikatını təqdim edib.
Bundan sonra Kanada Parlamentinin üzvü Dipak Obray çıxış edərək, Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətini 10 illiyi münasibətilə təbrik etmiş və Cəmiyyətin təsisçisi Səbinə İsgəndərovaya bununla bağlı Sertifikat təqdim edib.
D.Obray xüsusilə qeyd etmişdir ki, Azərbaycan-Kanada Parlamentlərarası Dostluq Qrupunun üzvü olmaq onun üçün böyük bir şərəfdir.











Tags:  Kanadada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

RƏYLƏR


Top news