Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Kanadada

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Kanadada
03:14 23 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 18-də Kanadanın Kalqari şəhərində Azərbaycanın Kanadadakı səfirliyi və Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti (Alberta Azerbaijani Cultural Society) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il və adıçəkilən Cəmiyyətin 10 illiyi münasibətilə ziyafət təşkil edilib.

 

Azərbaycanın Kanadadakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən Kanada Parlamentinin üzvü, Azərbaycan-Kanada Parlamentlərarası Dostluq Qrupunun üzvü Dipak Obray (Deepak Obhrai), Yaponiyanın Vankuverdəki konsulu Yukimi Kurata və Kalqari Türkiyə-Kanada Mədəniyyət Assosiasiyasının (Turkish Canadian Cultural Association of Calgary) prezidenti Erencan Sarsu iştirak ediblər.

 

İlk öncə Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin yeni seçilmiş prezidenti Famil Qarayev çıxış edərək, Cəmiyyətin milli maraqlarımız naminə gördüyü işlər, həyata keçirdiyi tədbirlər və nailiyyətləri barədə məlumat vermiş və bu işdə onlara daim köməklik göstərən Azərbaycanın Kanadadakı səfirliyinə minnətdarlığını bildirib.

 

Daha sonra Azərbaycanın Kanadadakı səfirliyin konsulu Faiq Babayev Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbərlərinə bu görüşü təşkil etdiklərinə görə təşəkkürünü bildirib və Cəmiyyətin təsisçisi Səbinə İsgəndərovaya səfirlik tərəfindən hazırlanmış Təşəkkür Sertifikatını təqdim edib.

 

Bundan sonra Kanada Parlamentinin üzvü Dipak Obray çıxış edərək, Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətini 10 illiyi münasibətilə təbrik edib və Cəmiyyətin təsisçisi Səbinə İsgəndərovaya bununla bağlı sertifikat təqdim etmişdir. D.Obray xüsusilə qeyd edib ki, Azərbaycan-Kanada Parlamentlərarası Dostluq Qrupunun üzvü olmaq onun üçün böyük bir şərəfdir.

 

Qeyd olunmalıdır ki, Kalqari şəhərinin meri Nahid Nenşi də Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinə təbrik məktubu ünvanlayıb.

 

Tədbir zamanı Kalqaridə fəaliyyət göstərən “Azerbaijan Heritage Dance Academy”, “Calgary Stars”, “Cücələrim” qrupları və soydaşımız Emili Qubski tərəfindən Azərbaycan musiqisi və rəqsləri də nümayiş etdirilib. 











Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR