Qarabağ şəhidinin qəbirinin bərpaya ehtiyacı var

Qarabağ şəhidinin qəbirinin bərpaya ehtiyacı var
03:16 23 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yaşayan şəhid bacısının qardaşının Qusardakı qəbrinin bərpaya ehtiyacı olması barədə verdiyi məlumat ANS TV-nin çəkiliş qrupunu bu mövzunu işləməyə sövq edib.

ANS PRESS-in məlumatına görə, çəkiliş qrupunun yolu Qusarın rayon mərkəzindən xeyli aralı yerləşən Əcəxur kəndinə düşüb. Qarabağ müharibəsi başlayanda Rusiyadan Azərbaycana qayıdan, Vətənin müdafiəsi zamanı şəhid olan Adil Camalov bu doğma kəndində uyuyur.




1994–cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş, Qusarın Əcəxur kənd sakini Adil Camalovun qəbrinin üstünün götürülməsinə ciddi ehtiyac var. Şəhidin bacıları tələb edir ki, məzar mərmərlə örtülməlidir. Bununla bağlı dəfələrlə əlaqədar təşkilatlara müraciət etsələr də, şəhidin qəbri acınacaqlı vəziyyətdədir.

"Mən çox xahiş edirəm ki, mənim qardaşımın qəbrini düzəldilsin, buna qalan budur",- şəhidin bacısı Xanım Balamətova vurğulayıb.




Qusarın 5 km-də yerləşən Çiləgir kənd qəbristanlığında isə iki şəhid uyuyur. 93-cü ildə Qarabağda şəhid olmus Bəhruz Ağaverdiyevin qəbri ailəsinin maddi imkanları daxilində bərpa olunsa da, Fərhad Hacıyevin məzarı baxımsızlığı ile seçilirdi.

"Yox, heç nə olmayib. Hamsını özümüz eləmişik. Heç bir yerdən koməyimiz olmayıb",- deyə Bəhruz Ağaverdiyevin anası İzacət Ağaverdiyeva vurğulayıb.

Müşahidələr göstərdi ki, Qusar rayonunda olan 54 şəhid məzarının demək olar ki, əksəriyyəti baxımsız vəziyyətdədir. Və kənd qəbristanlıqlarında bu məzarların şəhidlərə məxsus olması ilə bağlı heç bir lovhəyə rast gəlinmir. Döyüşdə həlak olan hərbçilərin dəfnlərinə birbaşa nəzarət edən Qusar İcra Hakimiyyətində bildirirlər ki, hazırda şəhid məzarlarının üstünün götürülməsi qanunvericiliklə tənzimlənmir və bu məsələ rayon icra hakimiyyətlərinin daxili imkanları hesabana həyata kecirilir.

"Çünki bu şəhid rayondan yox, Vətəndən getmiş bir şəhiddir və onlarin xatirəsi hər zaman əziz tutulmalıdır. Onların butun qohumlarının, əzizlərinin,ailə üzvlərinin problemlərini həll etmək, o cumlədən onların uyuqduğu o məkana qayğı gostərmək hər bir vətəndaşın borcudur, mən bilən",- deyə Qusar İB-nın müavini Elman Mustafayev bildirir.

İcra rəsmisinin məlumatına görə, şəhid məzarlarının vəziyyəti ilə bağlı yerlərdə monitorinqlər keçiriləcək və qarşıdakı aylarda mezarların bərpası işlərinə başlancaq.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR