"Qvardiolanın Ferqyuson olmasını istəyirlər"

Mövsümün sonunda "Bavariya"dan ayrılacağı dəqiqləşən Pep Qvardiolanın növbəti iş yerinin hara olacağı hamıda maraq doğurur. Son olaraq "Sky Sports"un jurnalisti Qilyem Balaqe məsələ haqda fikirlərini bölüşüb:

"Mançester Siti" Qvardiolanı əldə etmək üçün kifayət qədər imkana sahib olduğundan əmindi. Roman Abramoviç isə bundan xəbərdardı və boş çek kitabçası təklif edərək onu razı salmaq istəyir.

İndi dəqiq görünən bir şey var: Qvardiolanın növbəti iş yeri İngiltərə Premyer Liqası olacaq. Heç kim buna şübhə etmir.

"Mançester Siti" Qvardiolanın onların Ferqyusonu olmasını istəyir. Pepin Ser kimi komandanın təməlini atacağına ümid edirlər. Məncə, "Siti" cazibədar layihədi, ancaq London da bir o qədər cazibədardı.

Qvardiola yekun cavabını yanvarda vermək niyyətindədi".

"Çelsi"nin sahibi Roman Abramoviç Pep Qvardiolanı dünyanın ən çox qazanan baş məşqçisi etməyə hazırdı. Bununla yanaşı, rus biznesmen komandanın formalaşması üçün böyük büdcə ayırmaq fikrindədi. Hətta Qvardiolanın təklifi gözdən keçirdiyi və "Çelsi"nin 10 futbolçuya ehtiyacı olduğunu dediyi haqda məlumat gəzir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR