ABŞ-ın sanksiyaları Rusiyanı hiddətləndirdi

ABŞ-ın sanksiyaları Rusiyanı hiddətləndirdi
03:41 23 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyaya qarşı sanksiyaların sayını çoxaltması rəsmi Moskvanı hiddətləndirib. ANS PRESS-in məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun bu addımını məntiqsizlik adlandırıb.

“Bu, məntiqə zidd formada Rusiyaya qarşı aparılan düşməncə siyasətin və ikitərəfli münasibətlərə zərbə vuracaq mövqenin davamıdır.”

Bu qərarın əvvəl analiz ediləcəyini və daha sonra qəbul ediləcək tədbir qərarlarının dəyərləndiriləcəyini deyən Peskov qərarın qarşılıq əsasında qəbul olunacağını bildirib.


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov

Peskov ABŞ-ın bu addımına qarşı hazırlanacaq sanksiyaların nə qədər müddətə hazır olacağı barədə məlumat verməyib.

Rəsmi Vaşinqton, Ukraynanın təhlükəsizliyini və stabilliyini, həmçinin Rusiyaya qartşı tətbiq olunan sanksiyaları pozmağa cəhd etdiyini iddia etdiyi 34 fiziki və hüquqi şəxs barəsində sanksiya qərarı qəbul etdiyini açıqlayıb.

Yeni sanksiya siyahısında dövlətə aid VTB və “Sberbank” banklarının qeyri-dövlət təqaüd fondları da var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR