"Prezidentlərin görüşü sülh prosesini yaxınlaşdıracaq"

"Prezidentlərin görüşü sülh prosesini yaxınlaşdıracaq"
04:21 23 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

BMT-nin baş katibi Pan Qi Mun Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da Berndə keçirdiyi görüş barədə fikirlərini açıqlayıb. ANS PRESS-in məlumatına görə, baş katib görüşün tərəfləri sülh prosesinə yaxınlaşdıracağına ümid etdiyini bildirib.

“Görüş tərəflərə atəşkəs rejiminin pozulması hallarının və dinc əhali arasında qurbanların sayının azaldılmasına dair addımların müzakirə edilməsinə, sülh prosesinin yaxınlaşdırılması üçün yolların müəyyən edilməsinə imkan yaradıb”, deyə BMT-nin baş katibi bildirib.

Pan Qi Mun həmçinin İsveçrədə görüşü təşkil etmiş ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyd edib. Pan Gi Mun, Bakı və İrəvanı gərginliyin daha da azaldılması məqsədi ilə Minsk Qrupu ilə sıx əməkdaşlığa və gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR