Azərbaycan İrana elektrik enerjisini ixrac edəcək

Azərbaycan İrana elektrik enerjisini ixrac edəcək
04:38 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan 2016-cı ildən İrana elektrik enerjisinin ixracına başlayacaq. Bunu Trend-ə eksklüziv olaraq Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyində dedilər.

Bu haqda razılıq Tehranda keçmiş iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran hökümətlərarası komissiyasının iclasının gedişatında əldə olunub.

Trend-in məlumatına görə, tərəflər ixracat qiymətlərini də müəyyən ediblər.

Həmçinin komissiyanın gedişatında İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan marşrutları üzrə enerji mübadiləsi məsələsinə baxılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2472891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR