"Boing" yüksək məbləğdə cərimə olundu

"Boing" yüksək məbləğdə cərimə olundu
05:06 23 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Amerika hökuməti “Boinq” aviaşirkətini 12 milyon dollar məbləğində cərimə edib. ANS PRESS-in məlumatına görə, cərimənin bir neçə səbəblə əlaqədar olduğu qeyd edilir.

Məlumata görə, şirkət yanacaq çəni təhlükəsizliyinə dair təlimatları hava limanlarına vaxtında çatdırmayıb. Bundan əlavə, təyyarələrin keyfiyyətə nəzarət xidməti işində də problemlər aşkarlanıb.

Tədbiq olunan cərimə də məhz bununlarla bağlıdır. Federal Aviasiya Administrasiyası belə deyib.

“Boinq” cəriməni ödəməyə razılıq verib və bildirib ki, şirkət sertifikasiya standartlarının yaxşılaşdırıılması üçün də tədbirlər görəcək.

“Bütün şirkətlərin Amerikanın aviasiya sistemi təhlükəsizlik standartlarına əməl etməsi vacibdir.” - deyə Amerikanın nəqliyyat naziri Entoni Foks bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367937

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR