Ronaldo yeni villasını göstərdi (VİDEO, FOTO)

Ronaldo yeni villasını göstərdi (VİDEO, FOTO)
05:21 23 Dekabr 2015
81 İdman
Ölkə mətbuatı
A- A+

“Real” klubunun və Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo Madriddə yerləşən villasını nümayiş etdirib.

ANS PRESS-in məlumatına görə, bu barədə videoçarxı Ronaldo "Facebook" səhifəsində yayıb.

"Madriddə mənim evimi görmək maraqlıdır? Baxın. Hamının Milad bayramını təbrik edirəm", - deyə Ronaldo yazıb.



Bir müddət əvvəl Portuqalıya yığmasının yarımmüdafiəçisi şəxsi təyyarəsi ilə gündəmə gəlmişdi."Qızıl top"un üçqat sahibi “Gulfstream G200” üçün 19 milyon avro ödədyib. İrina Şeyxin keçmiş sevgilisinin yeni nəqliyyat vasitəsi iki motorlu biznes-klass “Gulfstream G200” planeridir. Bu təyyarə 10 sərnişinə qədər daşıya bilər, ekipajın üzvləri üçün ayrı vanna otaqlarına malikdir, şkaflar, internetə giriş, telefon, faks, mikrodalğalı soba, elektrik sobası və içkilər üçün soyuducuya malikdir. Ronaldonun Londona ona həsr edilmiş filmin premyerasına bu təyyarə ilə uçduğu bildirilir.



Xatırladaq ki, "Real"ın lideri Kriştianu Ronaldo ilə yanaşı "Barselona"nın hücumçuları Lionel Messi və Neymar bu il "Qızıl top"a əsas iddiaçılar sayılır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367932

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR