Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

MDB Müdafiə Nazirləri Şurası birləşdirilmiş havadan müdafiə sistemini müzakirə edəcək

MDB Müdafiə Nazirləri Şurası birləşdirilmiş havadan müdafiə sistemini müzakirə edəcək

Date: 23 December 2015 05:27

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Moskvada keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının 69-cu iclasında birləşdirilmiş havadan müdafiə və rabitə sistemlərinin inkişaf etdirilməsi məsələlərini müzakirə predmeti olacaq. "Report"-un “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Tədbir iştirakçıları, həmçinin, hərbi kadrların tədrisi, hərbi-idman sahəsində əməkdaşlıq, ərazilərin minalardan təmizləmə və s. kimi mövzular ətrafında fikir mübadiləsi aparacaq, 2016-cı il üçün birgə fəaliyyət planını müəyyən edəcəklər. Ümumilikdə 20-dən çox məsələ diqqət mərkəzində saxlanılacaq.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri iştirak edəcəklər.
Tədbir çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi planlaşdırılır.

Tags:  MDB Müdafiə Nazirləri Şurası birləşdirilmiş havadan müdafiə sistemini müzakirə edəcək

RƏYLƏR


Top news