Fransa hərbçiləri 10 terrorçunu zərərsizləşdirdilər

Fransa hərbçiləri 10 terrorçunu zərərsizləşdirdilər
06:54 23 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsi  Malinin paytaxtında “Radisson Blu” otelinə hücuma görə məsuliyyəti öz üzərinə götürmüş  “Əl Murabitun” terror qruplaşmasının 10 silahlısını  zərərsizləşdirib.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Fransa Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş Menaka şəhərində dekabrın 19-dan 20-nə keçən gecə baş verib.  

 

Döyüş 4 saatadək davam edib, terrorçulara məxsus iki pikap tipli avtomobil, 10 motosiklet, çoxlu sayda silah-sursat götürülüb. Zərərsizləşdirilmiş terrorçuların öldürüldüyü və ya sağ ələ keçirildiyi barədə dəqiq məlumat verilmir.   

 

Bundan əvvəl “Əl Qaidə” terror təşkilatı otelə hücumda bir neçə qruplaşmanın iştirak etdiyini bildirib.  

 

Xatırladaq ki, Mali paytaxtında otelə hücum noyabrın 20-də törədilib. Terrorçular 170 nəfəri girov götürüb, 6 rusiyalı vətəndaşı qətlə yetiriblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR