Lənkəranda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb

13:57 30 Dekabr 2014
58 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 13:55 ]

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda 7 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. Lənkəran rayon sakini Rafiq Axundovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili onun həmyerlisi Asim Balaşovun idarə etdiyi “BYD” markalı maşınla toqquşub. Güclü zərbə nəticəsində hər iki maşın yarasız hala düşüb, onların salonunda olan sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Xəsarət alan 7 nəfərdən 3-ü, Adil, Zəhra və Zeynəb Rəcəblilər bir ailənin üzvüdür. Vəziyyətləri daha ağır olan 39 yaşlı Adil və 3 yaşlı Zeynəb Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə, digər maşında olan sərnişinlər, rayonun İstisu qəsəbə sakinləri, 29 yaşlı Çingiz Əliyev, 25 yaşlı Asim Balaşov, 23 yaşlı Elmar Həsənov və “VAZ-2107”-nin sürücüsü, 57 yaşlı Rafiq Axundov travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

 

İlkin versiyaya görə, hərəkətdə olan “BVD” markalı avtomobilin qarşısına it çıxdığından sürücü maşını qarşı yola qaçırdıb və “VAZ-2107”-nin yoluna çıxıb.

 

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR