Toyuq "çəlləkləri" - FOTO

Toyuq "çəlləkləri" - FOTO
07:05 23 Dekabr 2015
82 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az toyuqlu "çəllək"lərin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

2 baqet
2 toyuq filesi 
1 baş soğan 
1 diş sarımsaq 
400 q şampinyon
200 ml 10%-li qaymaq 
1 pomidor
100 q pendir
xama
duz
istiot
göyərti 

Toyuq ətini ət maşınından keçirin. 

Soğanı xırda doğrayıb tavada qovurun. 

Baqetləri eninə bir neçə hissəyə bölün (eyni boyda), içini səliqə ilə çıxarın. 

Toyuq ətini qovrulmuş soğan, xırdalanmış sarımsaq, duz, istiotla qarışdırıb "silindr"lərin içinə doldurun. 

Şampinyonları xırda doğrayın. Qaymaq əlavə edib birlikdə bişirin. 

"Çəllək"lərin üzərinə göbələk sousu, 1 dilim pomidor, xama qoyun, sürtgəcdən keçirilmiş pendir səpin. 220 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az 







Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/392062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR