Moskva ABŞ-ın yeni sanksiyalarına cavab verəcək

Moskva ABŞ-ın yeni sanksiyalarına cavab verəcək
07:27 23 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar cavabsız qalmayacaq.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib.
 
"Vaşinqtondakı həmkarlarımız sanksiyalar vasitəsilə bizə təsir etmək səylərinin boşa çıxacağını  qabaqcadan bilsələr də, yanlış addımlar atmaqda inadkarlıq edirlər. Lakin, bu ABŞ administrasiyası tərəfindən dalana salınan Rusiya-ABŞ münasibətlərinin vəziyyəti nöqteyi-nəzərdən ayağa güllə atmaqdır", deyə Ryabkov qeyd edib.     
 
Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara müəyyən cavab veriləcək: "Bu dərhal və onların gözlədiyi şəkildə baş verməyə bilər, lakin cavab veriləcək", deyə Ryabkov qeyd edib.
 
ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
 
Məlumata görə, siyahıya ümumilikdə 34 fiziki və hüquqi şəxs daxil edilib.   
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR