Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şumaxerdən son xəbər

Şumaxerdən son xəbər

Date: 23 December 2015 07:31

Almaniyanın "Bunte" nəşrinin "Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixail Şumaxerin son durumuyla bağlı açıqlamalarına rəsmi cavab gəlib.

ANS PRESS-in məlumatına görə, "Bunte"nin açıqlamasında 46 yaşlı əfasanəvi pilotunun gəzə biləcəyi qeyd olunur.

Mütəxəssislər isə bunu "Yeni il möcüzəsi" adlandırıblar. Dərginin iddialarına görə, onun yaxınları "Bunte"nin əməkdaşlarına müalicənin müsbət nəticələr verdiyini və Şumaxerin səhhətində ciddi irəliyişin olduğunu bildiriblər. Məlumatda bildirilir ki, pilot fizioterapevtin köməyi ilə əlini yuxarı qaldırıb və bir-neçə addım irəliyə doğru hərəkət edib.


Sabine Kehm

Bu məlumata cavab olaraq Şumaxerin meneceri Sabine Kehm susqunluğunu pozub: "Təəssüflər olsun ki, Şumaxerin səhhətiylə bağlı müxtəlif şayiələr yayılır, insanların hissləriylə oynanılır. Buna görə də məlumat verməyə məcburam. Bu cür davranışlar məsuliyyətsizlikdir. Müalicənin gedişiylə bağlı məlumatların məxfiliyi bizim üçün çox vacibdir. İnsanlara boş yerə ümid vermək istəmirik. Şumaxerin yeriməsi və qolunu qaldırmasıyla bağlı yazılanlar doğru deyil".

Şumaxer iki il bundan əvvəl Alp dağlarında xizək sürərkən yıxılaraq başı qayaya dəymiş və komaya düşmüşdü. Alman idmançı uzun müddət medikomentoz komada olub.

Tags:  Şumaxerdən son xəbər

RƏYLƏR


Top news