“Sabiha Gökçen” hava limanında partlayış: yaralılar var

“Sabiha Gökçen” hava limanında partlayış: yaralılar var
07:32 23 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Yaralanan iki qadından birinin vəziyyəti ağırdır.

Türkiyənin İstabnbul şəhərindəki "Sabiha Gökçen" beynəlxalq hava limanında bu gecə partlayış baş verib.
Milli.Az anspress-ə istinadən bildirir ki, naməlum səbəbdən baş vermiş paqrtlayış nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Yerli vaxtla saat 02.15-də (Bakı vaxtıyla 04.15) meydana gələn hadisənin təyyarələrin parklandığı apronda baş verdiyi bildirilir.

Partlayış zamanı yaralananların hava limanının xadimələri 33 yaşlı Canan Çerlik Burgucu və 30 yaşlı Zəhra Yamaç olduğu bildirilib. Yaralılar "Marmara" universitetinin Pendik təlim və araşdırma xəstəxanasına çatdırılıblar. Xəstəxanadan Zəhra Yamacın vəziyyətinin ağır olduğu bildirilib.

Hava limanı polisi faktla bağlı araşdırmalara başlayıb. Hazırda reyd keçirən polis hava limanına daxil olan və çıxan bütün avtomobillərdə axtarış aparır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR