Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dənizdə 5-i uşaq olmaqla 10 miqrant batıb

Dənizdə 5-i uşaq olmaqla 10 miqrant batıb

Date: 23 December 2015 07:49

Yunanıstanın Farmakonisi adası yaxınlığında göyərtəsində miqrantlar olan qayıq qəzaya uğrayıb, nəticədə 5-i uşaq olmaqla 10 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  ölənlər arasında bir qadın və dörd kişi var. Qayıqda olanlardan daha 13 nəfər xilas olunub. İki nəfər itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə işlərinə 1 helikopter, bir kater və bir neçə özəl gəmi iştirak edir.  

 

Farmakonisi adası Türkiyənin yaxınlığında Egey dənizində yerləşir.  


Tags:  Dənizdə 5-i uşaq olmaqla 10 miqrant batıb

RƏYLƏR


Top news