Qarabağla bağlı yeni filmlər təqdim olunacaq

07:53 23 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli, “Qarabağ atı” animasiya filmlərinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan “Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”nin təqdimat mərasimi keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və ingilis dilində istehsal olunan “Ağdam – virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Ağdamın tarixi abidələri, meydanları, küçələri qrafik təsvirlə canlandırılır, bir növ tamaşaçı rayona virtual səyahətə çıxır.
Tarixi təhriflərin qarşısının alınması məqsədilə Xalq şairi Bəxtiyar Vahabzadənin eyni adlı şeiri əsasında çəkilən “Qarabağ atı” animasiya filminin məqsədi gənc nəslə vətənpərvərlik ruhunda töhfə vermək, onların Qarabağ haqqında biliklərini artırmaqdır.
“Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” layihəsinin həyata keçirilməsində əsas səbəb interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, gənclərin Qarabağ abidələri haqqında məlumatlılığının artırılmasıdır.
Qeyd olunub ki, layihələr haqqında geniş məlumat və canlı baxış təqdimat mərasimində olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabagla_bagli_yeni_filmler_teqdim_olunacaq-913515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR