Konsulluğa hüücum etmək istədilər

Konsulluğa hüücum etmək istədilər
08:22 23 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstan xüsusi xidmət orqanları Hindistanın Cəlalabaddakı  konsulluğuna hücumun qarşısı alıblar.
Milli.Az APA-ya istinadən bildirir ki, terrorçular hücumu Hindistanın baş naziri Narenda Modinin Kabilə səfəri zamanı törətməyi planlaşdırıblar.
 
"Indian Express" nəşrinin məlumatına görə, terrorçu-kamikadze terror aktını dekabrın 25-də törətməyi planlaşdırıb. Həmin gün Hindistanın baş nazirinin Əfqanıstanın paytaxtına səfəri nəzərdə tutulub.
 
Məlumata görə, terrorçu Pakistanla həmsərhəd rayonda yerləşən təlim düşərgəsində hazırlıq keçib və "Taliban" hərəkatının Peşəvərdəki məntəqəsində təlimatlandırılıb. Terror hücumunu  "Taliban"ın lideri Axtar Məhəmməd Mənsur ilə əlaqəli şəbəkə həyata keçirməyi  planlaşdırıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR