Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Monteneqro NATO-ya dəvət olundu

Monteneqro NATO-ya dəvət olundu

Date: 23 December 2015 08:27

Monteneqronun baş naziri və XİN rəhbəri İqor Lukşiç NATO-nun baş katibi Yens Stoltenberqdən ölkənin Alyansa üzv olması prosesinə başlaması ilə əlaqədar rəsmi dəvət məktubu  alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Monteneqro XİN -i məlumat yayıb.   
 
"Müəyyən edilmiş prosedura uyğun olaraq, rəsmi dəvət məktubunu aldıqdan sonra bir neçə ay davam edəcək  üzvlük barədə danışıqların başlanması gözlənilir. Danışıqlar başa çatdıqdan sonra üzv dövlətlər Monteneqronun Alyansa üzv olması haqqında protokol imzalayacaqlar və ratifikasiya prosesinə start veriləcək. Protokol Monteneqroya NATO-nun bir çox sammitində iştirak etməyə imkan verəcək", deyə Monteneqro hökumətinin rəsmi saytında dərc edilmiş məlumatda qeyd olunur.    
 
XİN məlumatında qeyd olunur ki, Monteneqro NATO-nun inteqrasiya proqramına uyğun olaraq üzərinə düşən bütün öhdəlikləri icra etməyə layiqincə davam etdirəcək.  
Milli.Az


Tags:  Monteneqro NATO-ya dəvət olundu



RƏYLƏR


Top news