Azərbaycan 2016-cı ildən İrana elektrik enerjisinin ixracına başlayacaq. Bunu Trend-ə eksklüziv olaraq Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyində dedilər.
Bu haqda razılıq Tehranda keçmiş iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran hökümətlərarası komissiyasının iclasının gedişatında əldə olunub.
Trend-in məlumatına görə, tərəflər ixracat qiymətlərini də müəyyən ediblər.
Həmçinin komissiyanın gedişatında İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan marşrutları üzrə enerji mübadiləsi məsələsinə baxılıb.
Milli.Az