Qovlar-Zəyəm mənzilində 6 kilometr dəmir yolu əsasli təmir olunur (FOTO)

Qovlar-Zəyəm mənzilində 6 kilometr dəmir yolu əsasli təmir olunur (FOTO)
09:03 23 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verildi. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb.

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, 23 dekabr 2015-ci ildə Qovlar-Zəyəm mənzilində 6 km yolun əsaslı təmirinə başlanılır. Təmir işləri beş gün davam edəcək.

Əsaslı təmir işlərinin yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saltarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 28, 4 km dəmir yolu əsaslı təmir olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2472941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR