Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Blatterə iş təklif etdilər

Blatterə iş təklif etdilər

Tarix: 23 Dekabr 2015 09:12

8 il müddətinə futbolun bütün sahələrindən uzaqlaşdırılan keçmiş FİFA prezidenti Yozef Blatter gələcəyi ilə bağlı açıqlamalar verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, isveçrəli funksioner boş vaxtlarını istirahətlə keçirmək istəyir.

"Futboldan uzaqlaşdırıldıqdan sonra sağlamlığımın qeydinə qalacam. Ailəmə daha çox vaxt ayıracam və istirahət edəcəm", - deyə Blatter bildirib.
 
Ancaq qocaman idarəçiyə artıq yeni iş təklifi gəlib. Belə ki, o, bir günlük də olsa, Beynəlxalq fransız radiosu RFİ-də Fransa Kuboku oyunlarını şərh edəcək.

Milli.Az


Teqlər:  Blatterə təklif etdilər



RƏYLƏR


Top xəbərlər