Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qapıçı "Yaxşıların ən yaxşısı" oldu

Qapıçı "Yaxşıların ən yaxşısı" oldu

Tarix: 23 Dekabr 2015 09:27

"Barselona"nın qapıçısı Klaudio Bravo öz ölkəsində "Yaxşıların ən yaxşısı" seçilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ona bu adı Çilinin İdman Jurnalistləri Birliyi verib.

32 yaşlı futbolçunun mükafatlandırma mərasimi də olub.
 
Qeyd edək ki, Bravo 2015-ci ildə "Barselona" ilə birlikdə İspaniya Kuboku, Çempionlar Liqası və İspaniya Superkubokunu qazanıb. Mükafatın verilməsinə iki gün qalmış isə o, komandası ilə klublararası dünya çempionu olmuşdu.

Milli.Az


Teqlər:  Qapıçı Yaxşıların yaxşısı oldu



RƏYLƏR


Top xəbərlər