Təranə: "Bu iş məndə uğurlu alınır"

Təranə: "Bu iş məndə uğurlu alınır"
09:27 23 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

"Çoxları bilməsə də, mən əvvəllər Şən və Hazırcavablar Klubunda oynamışam".

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış prodüser Təranə Səmədova özünü aktrisa kimi sınamaq istəməsi haqda danışarkən deyib. Prodüser maraqlı ssenari olacağı təqdirdə filmə çəkilmək istədiyini bildirib:
 
"Açığı, seriallarda qonaq aktrisa kimi çəkilmişəm və o vaxtlar ŞHK-da olmuşam deyə, aktrisalığı bacarıram. Məndə bu iş uğurlu alınır. Bunu mənə məşhur sənət adamları da deyiblər. Doğrusu, üstünə düşməmişəm bu işin. Təklif də olmayıb, amma təklif gəlsə, ssenariyə, rola baxdıqdan sonra ölçüb-biçərəm və özümü o rolda görsəm, çəkilərəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR