Qovlar-Zəyəm dəmir yolunun əsaslı təmirinə başlanılıb

Qovlar-Zəyəm dəmir yolunun əsaslı təmirinə başlanılıb
09:27 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanda Bakı-Böyük Kəsik dəmir yolunda əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bu gün Qovlar-Zəyəm mənzilində 6 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri 5 gün davam edəcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. 
Onun sözləriə görə, əsaslı təmir işlərini yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Artıq səhər saatarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 28,4 km-lik hissə əsaslı təmir olunub.



Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/qovlar-zeyem-menzilinde-6-km-yolun-esasli-temirine-baslanili1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR