Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balakəndə qadın intihar etdi

Balakəndə qadın intihar etdi

Date: 23 December 2015 09:47

Balakən rayonunda 54 yaşlı qadın intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, dekabrın 22-də saat 15 radələrində rayonun Poçtbinə kəndində kənd sakini Yasti Əli qızı Saxrayevanın meyidi yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidən asılı vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Araşdırma zamanı onun intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, Yasti Sarxayeva son zamanlar böyrək xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az


Tags:  Balakəndə qadın intihar etdi


RƏYLƏR


Top news