İstanbuldakı Sabiha Gökçen aeroportunda partlayış olub

İstanbuldakı Sabiha Gökçen aeroportunda partlayış olub
10:18 23 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də gecə saatlarında İstanbuldakı Sabiha Gökçen hava limanının park ərazisində partlayış baş verib.
Türkiyə KİV-lərinin məlumatına görə, partlayış olan ərazidə təmizlik işləri görən xadimələrdən ikisi yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır. Hadisənin uçuş qrafikinə təsir etmədiyi bildirilir. Hələlik partlayışın səbəbi barədə məlumat verilmir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbuldaki_Sabiha_Gokchen_aeroportunda_partlayis_olub-913522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR