Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəbərdarlıq - Cinayətin qurbanı ola bilərsiz

Xəbərdarlıq - Cinayətin qurbanı ola bilərsiz

Date: 23 December 2015 10:22

İndiki məqamda vətəndaşlar aqressiv insanların və kriminal əməllərin qurbanı olmamaq üçün diqqətli olmalıdırlar.

Milli.Az xəbər verir ki, bunu hüquqşünas-ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, cəmiyyətdə maddi sıxıntıların artması birmənalı olaraq cinayətkarlığın və başqa hüquq pozuntularının - mülki öhdəliklərin vaxtında icra edilməməsi, borcun qaytarılmaması, əmək haqqı ödənişində gecikmə, qanunsuz işdən çıxarma və s.-nin artmasına təkan verir. Özü də daha çox talama cinayətləri, maddi məzmunlu başqa kriminal əməllər və aqressiya zəminində baş verən cinayətlər artır və bu, elementar qanunauyğunluqdur.

Ona görə də ekspert hesab edir ki, bu səbəbdən yüksək dərəcədə diqqətli olmaq lazımdır: "Əsas məqamlardan biri öz mal-mülkünüzü daha diqqətlə qorumalı olmağınızdır. Sərvətinizin miqdarından asılı olmayaraq, oğruların qurbanına çevrilməmək üçün diqqətli olun. Digər önəmli məsələ isə davranışlarda mülayimliyə, həssaslığa diqqəti artırmaqdır. Unutmayın ki, daxilində başqa zəmində yığılmış aqressiya olan adamı ciddi qıcıqlandırsanız, ən gözlənilməz cinayətin qurbanı ola bilərsiniz. Ona görə də belə zamanlarda daha diqqətli, daha həssas və daha mülayim olmağa çalışmaq lazımdır".

Ə.Hüseynov bütün çətinliklərin müvəqqəti olduğunu qeyd edərək insanları ruhdan düşməməyə çağırıb: "Həyatda yaşadığımız hər bir sıxıntı müvəqqətidir. Sadəcə geci-tezi var, hər şeyə çıxış yolu tapmaq olur. Gözəl günlər qabaqdadır, kefinizi də pozmayın..."

İlkin İzzət

Milli.Az


Tags:  Xəbərdarlıq Cinayətin qurbanı ola bilərsiz


RƏYLƏR


Top news